"Mançester Siti" çempionluğunu rəsmiləşdirdi

00:33 - 16 Aprel 2018

“Mançester Siti”İngiltərə Premyer Liqasının başa çatmasına 5 tur qalmış ölkə çempionu olub.

 

Sportal.az xəbər verir ki, ötən gün səfərdə “Tottenhem”ə 3:1 hesabıyla qalib gələn Mançester Siti"nin yaxın izləyicisi “Mançester Yunayted” bu gün evdə “Vest Bromviç”ə uduzub (0:1). Komandalar arasında fərq 16 xal olub və Pep Qvardiolanın komandası çempionluğu rəsmiləşdirib.

 

Bu, “Mançester Siti”nin tarixində beşinci İngiltərə çempionluğudur (1936/37, 1967/68, 2011/12, 2013/14, 2017/18).

Xəbər xətti