Musa Qurbanlının qolları millimizə kifayət etmədi

Bosniya və Herseqovinada təşkil edilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında UEFA İnkişaf turnirinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisi 3-cü – sonuncu görüşünü meydan sahiblərinə qarşı keçirib.

 

Oyun Bosniya və Herseqovina yığmasının 3:2 hesablı qələbəsi ilə nəticələnib. Komandamızın heyətində hər iki qolu Musa Qurbanlı vurub.

 

Qeyd edək ki, ilk iki qarşılaşmada Xorvatiya (0:1) və Makedoniyaya (0:2) yenilən U-17 millimiz turniri sonuncu pillədə tamamlayıb.

Tarix: 16 Aprel [10:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10 Dekabr 2018
9  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio