Ufuk Budak oynamadı, komandası 5 qola üzüldü

10:58 - 16 Aprel 2018

Türkiyə TFF 1-ci liqasında 31-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Samsunspor” səfərdə “Əskişəhərspor”la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:5.

 

Zədəli olan Ufuk Budak hazırda müalicə alır.

 

“Samsunspor” hazırda 34 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti