Hollandiyada çempion bəlli oldu

12:34 - 16 Aprel 2018

Hollandiya Erediviziyasında 2017/18 mövsümünün qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 31-ci turun mərkəzi oyununda lider PSV doğma meydanda əzəli rəqibi “Ayaks”la qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb. Bununla da PSV mövsümün başa çatmasına 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

 

Qeyd edək ki, bu, PSV-nin 24-cü Hollandiya çempionluğudu.

Xəbər xətti