"Neftçi"dən azarkeşlərinə sürpriz

13:26 - 16 Aprel 2018

"Neftçi" azarkeşlərinə sürpriz edib. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Neftçi” - “Qəbələ” qarşılaşmasına giriş sərbəst olacaq. Məlumatı klubun mətbuat xidməti yayıb. Belə ki, 8-ci km stadionunda baş tutacaq görüşü azarkeşlər biletsiz izləyə biləcəklər.

 

"Neftçi" - "Qəbələ" oyunu aprelin 18-i saat 20:00-da başlayacaq.

 

Bu komandalar arasında Qəbələdə keçirilmiş ilk oyun "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə nəticələnib. 

Xəbər xətti