Dadaşovun yoxluğunda "Dinamo" məğlub oldu

14:21 - 16 Aprel 2018

Almaniyanın Şimal-Şərq Regional Liqasında 29-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) səfərdə “BSG Leytpsiq”lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Cari mövsümdə vurduğu 25 qolla komandasının ən məhsuldar futbolçusu olan Rüfət zədə səbəbindən meydanda olmayıb. O, 4-6 həftəlik sıradan çıxıb.

 

"Dinamo" hazırda 53 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti