"Monako" bilet pullarını geri qaytaracaq

14:48 - 16 Aprel 2018

PSJ Fransa I Liqasında mövsümün sonuna 5 tur qalmış "Monako"nu 7:1 hesabıyla məğlub edərək çempion olub.

 

Sportal.az xəbər verir ki, səfərdə ağır məğlubiyyət acısı dadan "Monako" bəyanat yayıb. Klubun rəsmi saytında matçı səfərdə izləyən azarkeşlərin bilet pullarının geri qaytarılacağı haqda məlumat verilib. 

 

Qeyd edək ki, "Monako" 33 turdan sonra çempionatda 70 xalla ikincidir.

Xəbər xətti