Dembele ayrılıq iddialarına münasibət bildirdi

14:58 - 16 Aprel 2018

"Barselona"nın mövsümün əvvəlində 105+40 milyon avro qarşılığında "Borussiya"dan transfer etdiyi Usman Dembele açıqlama verib.

 

Sportal.az xəbər verir ki, fransalı vinger haqqında çıxan transfer şayiələrini təkzib edib:
 

"Barselona" ilə 5 illik müqaviləm var. Burada oynamaq istəyirəm. Ayrılmaq niyyətim yoxdur. Uzun müddət bu komandada qalacam".

 

20 yaşlı futbolçu fiziki durumunun yaxşı olmadığını etiraf edib:

 

"Hazırda formamın pik nöqtəsində deyiləm. Fiziki cəhətdən əvvəlki kimi deyiləm və tez yoruluram. Ən yaxşı şəkildə geri dönəcəm".

 

Qeyd edək ki, Dembele bu mövsüm "Barselona"nın heyətində 18 oyun keçirib və 1 qol, 7 assistlə yadda qalıb.

Xəbər xətti