Millimizin daha bir rəqibi məlum oldu

16:16 - 16 Aprel 2018

Azərbaycan millisinin daha bir yoldaşlıq oyunu keçirəcəyi rəqibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, AFFA ilə Qazaxıstan Futbol Federasiyası arasında əldə olunmuş razılığa əsasən, iyunun 5-də Astana şəhərində Qazaxıstan və Azərbaycan milliləri arasında yoldaşlıq oyunu keçiriləcək.

 

Bu razılaşma çərçivəsində milli komandaların oyunundan bir gün əvvəl - iyunun 4-də, Astanada Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcək.

 

U-21-lərin oyunu Bakı vaxtı ilə saat 17:00-da, əsas milli komandaların qarşılaşması isə saat 22:00-da başlayacaq.

 

Qeyd edək ki, milli komandamız mayın 29-da Qırğızıstan, iyunun 9-da isə Latviya ilə yoxlama görüşü keçirəcək.

Xəbər xətti