"Sumqayıt"ın ev oyunlarını neçə azarkeş izləyib?

16:45 - 16 Aprel 2018

Topaz Premyer Liqasında 2017/2018 mövsümü sona çatmaq üzrədir.

 

Sportal.az xəbər verir ki, Premyer Liqanın geridə qalan 23 turu ərzində 11 qələbə, 6 heç-heçə və 6 məğlubiyyətə imza ataraq 39 xalla 3-cü pillədə qərarlaşan "Sumqayıt"ın ev oyunlarında qeydə alınan azarkeşlərin sayı açıqlanıb. "Gənclik şəhəri" təmsilçisi geridə qalan 23 tur ərzində cəmi 10 ev oyunu keçirib ki, bu qarşılaşmaları da ümumilikdə 14078 nəfər azarkeş oyunu tribunalardan izləyib.

 

"Kapital Bank Arena"da keçirilmiş 8 oyun üçün azarkeş sayı aşağıdakı kimidir:

 

1. “Sumqayıt” FK – “Kəpəz” (1326 azarkeş)
2. “Sumqayıt” FK – “Neftçi” (1500 azarkeş)
3. “Sumqayıt” FK – “Qəbələ” (1300 azarkeş)
4. “Sumqayıt” FK – “Zirə” (1300 azarkeş)
5. “Sumqayıt” FK – “Keşlə” (1200 azarkeş)
6. “Sumqayıt” FK – “Səbail” (1326 azarkeş)
7. "Sumqayıt" FK – "Neftçi" (1300 azarkeş)
8. "Sumqayıt" FK – "Qarabağ" (1326 azarkeş)
9. “Sumqayıt” FK – “Kəpəz” (1000 azarkeş)
10. “Sumqayıt” FK – “Keşlə” (2500 azarkeş)

Xəbər xətti