Məşhur futbolçu baş məşqçi oldu

17:35 - 16 Aprel 2018

Məşhur rumıniyalı futbolçu Adrian Mutu məşqçi karyerasına başlayıb.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı veteran hücumçu "Voluntari"nin baş məşqçisi təyin edilib. Rumıniya klubu yüksək liqada qalmaq uğrunda mübarizə aparır.

 

Qeyd edək ki, Rumıniya millisində 73 oyun (33 qol) keçirən Mutu "Çelsi", "Yuventus", "Fiorentina" və "Parma" kimi klublarda da oynayıb. 

Xəbər xətti