"İdman Azərbaycan" dünya çempionatına vəsiqə qazandı FOTOLAR

18:28 - 16 Aprel 2018

Həvəskar futbolçuların Bakı Futbol Liqasına yekun vurulub. 10 komandanın mübarizə apardığı yarış 9 ay davam edib.
 
 

Sportal.az Sportinfo.az saytına istinadən xəbər verir ki, 27 turun nəticəsinə əsasən Azərbaycan Televiziyasının “İdman Azərbaycan” komandası hamıdan çox xal toplayaraq çempion adına layiq görülüb. 

 

“İdman Azərbaycan” may ayının 7-dən 14-dək Moskvada keçiriləcək həvəskarlar arasında dünya çempionatına vəsiqə qazanıb.
 
Dünya çempionatında “İdman Azərbaycan”la yanaşı, İtaliyanın “Latsio”, İspaniyanın “Real Betis”, Almaniyanın “Verder”, Fransadan “Marsel”, Rusiyadan “Zenit” və “Spartak” kimi məşhur komandaların iştirakı gözlənilir.

Xəbər xətti