"Səbail" "Qəbələ"yə qalib gəldi

19:03 - 16 Aprel 2018

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 23-cü tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, bu gün 3 qarşılaşma baş tutub. "Zirə" "Neftçi"ni minimal hesabla məğlub edib. Lider "Qəbələ" doğma meydanda "Səbail"ə 0:2 hesabıyla uduzub. "Sumqayıt" isə evdə "Keşlə"ni üstələyib - 2:1. 

 

16 aprel

Zirə - Neftçi 1:0
Qol: Elçin Əsədov, 34-avtoqol.
Hakimlər: Qorxmaz Eldarov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Xalid Quliyev.
Zirə. İdman Kompleksinin stadionu.

 

Sumqayıt - Keşlə 2:1
Qol: Camal Camalov, 19; Turan Manafov, 61 - Təbriz Xubanov, 71.
Hakimlər: Kərim Kərimov, Müslüm Mövludov, Gülyana Özcan, Yuliya Qurbanova.
Sumqayıt. “Sumqayıt Arena”

 

Qəbələ - Səbail 0:2
Qol: Aqşin Qurbanlı, 61. Pərviz Qaraxanov, 73.
Hakimlər: Etibar Həsənov, Rəşadət Cəfərov, Habil Əliyev, Vüsal Əliyev.
Qəbələ. Şəhər stadionu.

Xəbər xətti