"Bavariya"nın futbolçusu: "Məşqdə belə Ronaldo qədər qol vura bilmirəm"

19:40 - 16 Aprel 2018

"Bavariya"nın hücumçusu Sandro Vaqner maraqlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Almaniya millisinin üzvü Çempionalr Liqasının yarımfinal mərhəsləsində rəqibləri olan "Real"ın futbolçusu Kristiano Ronaldo haqda danışıb. 30 yaşlı forvard Ronaldonun ünvanına xoş sözlər səsləndirib:

 

"Ronaldo çox qol vurur. Həqiqətən də inanılmaz bir şeydi. Məşqdə belə onun qədər qol vura bilmirəm. Belə insanları sevirəm. Hamımız bir-birimizə bənzəsək, çox sıxıcı olar. Onun kimi birinə rəqib olmaq möhtəşəmdi".

 

Qeyd edək ki, "Bavariya" ilə "Real" arasında ilk oyun aprelin 25-i Münhendə, cavab qarşılaşması isə 1 həftə sonra Madriddə baş tutacaq.

Xəbər xətti