Hakim fasilə zamanı penalti təyin etdi VİDEO

Almaniya Bundesliqasında 30-cu tur başa çatıb.

 

Sportal.az xəbər verir ki, hesabat turunun son matçında "Maynts" "Frayburq"u qəbul edib və 2:0 hesablı qələbə qazanıb.

 

Oyunun ilk hissəsində maraqlı anlar baş verib. İlk hissə başa çatmasından sonra komandalar paltardəyişmə otağına gedən zaman baş hakim Quido Uinkmann VAR-a baxaraq qonaqların qapısına penalti təyin edib. Bu səbəbdən "Frayburq" komandası "Manyts"lı futbolçuların meydana dönməsini gözləyiblər. Komandalar tam şəkildə meydana döndükdən sonra hesab açılıb.

 

Matça meydan sahiblərinin azarkeşləri də damğa vurmağı bacarıblar. Bazar ertəsinə salınan görüşə etiraz edən fanatlar, meydana tualet kağızları atıblar. Bunun üçün də oyun bir müddət dayanıb.

 

Bundesliqada "Bavariya" çempionluğunu rəsmiləşdirib. "Frayburq" və "Maynts" 30 xalla 15-16-cı yerləri bölüşürlər.

 

“Maynz” – “Frayburq” - 2:0

Qollar: De Blassis, 45, 79

 

 

Tarix: 17 Aprel [01:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Fevral 2019
19  Fevral 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio