Zidan: "Benzema ruhdan düşmür, çalışır"

"Real"ın baş məşqçisi Zinəddin Zidan komandanın hücumçusu Kərim Benzema haqda danışıb.

 

Sportal.az xəbər verir ki, Zidan bu mövsüm tənqidlərə tuş gələn forvardın tərəfini saxlayıb:

 

"Bəli, Benzema qol vurmamağa görə, zəif mövsüm keçirir. Fərqlənməyi sevən hücumçudur və şanslar əldə edir. "Malaqa" ilə matçda yaxşı oynadı, rəqibi məyus edə bilmədi. Buna baxmayaraq, ruhdan düşmür, çalışır".

 

Zidan Çempionlar Liqasının yarımfinal mərhələsindəki rəqibləri olan "Bavariya" ilə bağlı danışıb:

 

"Asan olmayan iki oyun olacaq. Ən yaxşısını etməyə çalışacağıq. İlk oyuna qədər matçlarımızda rotasiyalar olacaq. Yarımfinaldan öncə oyunçular dincəlməlidir. Belə vacib oyunlara hər kəs sağlam çıxmalıdır", 

Tarix: 17 Aprel [10:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2018
10  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio