Yunanıstan yığmamızla oyundan imtina etdi

20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının mayda keçiriləcək yoldaşlıq oyunları ilə bağlı bir dəyişiklik edilib.

 

Sportal.az xəbər verir ki, mayın 16-da Bakıda Yunanıstan yığmasına qarşı keçirilməsi nəzərdə tutulan oyun rəqibin imtinası səbəbindən baş tutmayacaq. Yığmamız həmin gün Gürcüstanın U-20 komandası ilə qarşılaşacaq.

 

Mayın 24 və 27-də isə U-20 komandamız, əvvəlcədən açıqlandığı kimi, Bakıda Makedoniyanın U-21 yığması ilə yoxlama oyunu keçirəcək.

Tarix: 17 Aprel [11:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2018
19  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio