Elxan Abdullayev "Sumqayıt" iddialarına aydınlıq gətirdi

13:42 - 17 Aprel 2018

Azərbaycan milli komandasının sabiq məşqçisi və son olaraq "Neftçi"ni çalışdırmış Elxan Abdullayevin “Sumqayıt” klubuna gedəcəyi ilə bağlı şayiələr ortaya atılmışdı. İddialara görə, "Gənclik şəhəri" təmsilçisinin yeni prezidenti Riad Rəfiyev mütəxəssisi komandaya gətirmək istəyir.

 

Bu iddialarla bağlı Sportal.az-a açıqlama verən Elxan Abdullayev şayiələri təkzib edib:

 

"Hazırda təkliflər yoxdur. Bu məlumat mətbuatda yayılıb. Ancaq mənim bu barədə bilgim yoxdur. Belə bir təklif almamışam. Mənə nə klubdan, nə də AFFA-dan təklif gəlməyib".

Xəbər xətti