Samir Abasov cəzalandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda ölkə kubokunun yarımfinal oyunlarında baş vermiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Qəbələ” - “Neftçi” matçının 68-ci dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.

 

Oyunun 71-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.

 

Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Keşlə” - “Sumqayıt” matçının 80-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Samir Abasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.

Tarix: 17 Aprel [14:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Aprel 2018
24  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio