"Barselona"da ciddi itkilər

17:52 - 17 Aprel 2018

"Barselona" La Liqanın 33-cü turunda "Selta" ilə oyuna ciddi itkilərlə çıxacaq.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi zədə səbəbindən 3 futbolçusunun xidmətindən yararlana bilməyəcək. Belə ki, zədəli olan Andres İnyesta, Xerard Pike və Serxio Buskets komandaya kömək edə bilməyəcək. Bu futbolçuların adı qarşılaşmanın iştirak ərizəsində daxil edilməyib.

 

Qeyd edək ki, "Selta" - "Barselona" görüşü aprelin 17-si Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

Xəbər xətti