"Bavariya"da Vidal şoku: Mövsümü başa vurdu

19:13 - 17 Aprel 2018

"Bavariya"nın futbolçusu Arturo Vidal üçün mövsüm erkən bitib.

 

Sportal.az xəbər verir ki, dizindən zədələnən futbolçu bu gün əməliyyat olunub. Münhen klubunun rəsmi saytının yaydığı məlumata görə çilili yarımmüdafiəçi mövsümün sonunadək komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, Vidal mövsüm ərzində "Bavariya"nın heyətində meydana çıxdığı 22 qarşılaşmada 6 qol vurmağı bacarıb.

Xəbər xətti