Azərbaycan klubu ÇL-də son matçında da məğlub oldu

Asiya Çempionlar Liqasında qrup mərhələsinin sonuncu - 6-cı turunun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor Sazi” də bu turnirdə növbəti matçına çıxıb. Türkiyəli mütəxəssis Ərtoğrul Sağlamın çalışdırdığı Təbriz klubu bu dəfə doğma meydanda Qətər təmsilçisi “Əl-Qarafa” ilə üz-üzə gəlib. Təbrizlilər bu görüşdən məğlubiyyətlə ayrılıblar - 1:3.

 

Beləliklə, “Traktor Sazi” yer aldığı A qrupunda keçirdiyi 6 oyundan 4-də uduzub, yalnız ikisində heç-heçə edə bilib. Təbriz klubu 2 xalla qrup sonuncusu olub.

Tarix: 18 Aprel [00:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2018
23  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio