Mahmud Qurbanov: "Sumqayıt" 2-ci yeri ələ keçirə bilər"

"Qarabağ" artıq çempionluğu həll edib. 1-2 tura bunu rəsmiləşdirəcək. Amma avrokuboklar uğrunda gərgin mübarizə gedir".

 

Bu sözləri Sportal.az saytına açıqlamasında Mahmud Qurbanov söyləyib. Mütəxəssis Topaz Premyer Liqası və ölkə kuboku haqda danışıb:

 

"Avrokuboklar zonası üçün proqnoz vermək bir qədər çətindir. Qəbələ" son zamanlar inamlı təsir bağışlamır. Ancaq mövsümün startında çempionluq üçün mübarizə aparırdılar. Ancaq indi görünən odur ki, "Qəbələ" 2-ci yeri də əldən verə bilər. Bu mövqeyi saxlamaq onlar üçün çətin olacaq. Qarşıdakı turlarda çox şey asılıdır. "Sumqayıt" yüksəlişdədir və 2-ci yeri ələ keçirə bilər. "Qəbələ"nin oyunları göstərir ki, hər şey qaydasında deyil. Bəlkə də kuboka daha çox kökləniblər və mövsümü titulla başa vurmaq istəyirlər. Amma kubokun ilk matçında öz meydanlarında məğlub olublar. Kubokda favorit olmur. Gözlənilməz nəticələr olur. İstənilən hesab qeydə alına bilər".

Tarix: 18 Aprel [11:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Oktyabr 2018
14  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio