"Mançester Yunayted"in transfer mənbəyi: Poqba!

Premyer Liqada "Mançester Siti"nin çempionluğunu elan etməsindən sonra gələcək mövsüm üçün hazırlıqlara başlayan "Mançester Yunayted"də şok bir qərar qəbul edildi.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Jose Mourinyo mövsüm sonunda Pol Poqbanın satılması barədə təlimat verib. İngiltərə mətbuatında yer alan xəbərə görə, Poqbadan başqa, Lyuk Şou, Mateo Darmian, Daley Blind, Xuan Mata, Ander Herra kimi adların da siyahıda yer alacağı bildirilib. Xəbərdə Antoni Marsial üçün də yaxşı bir təklif gəlməsi halda satışına icazə veriləcəyi qeyd edilib. "Qırmızı şeytanlar" bu satışlardan yaxşı gəlir qazanaraq iddialı heyət qurmaq üçün transferlər edəcək.

 

Qeyd edək ki, "Mançester Yunayted" ilə 2021-ci ilədək müqavilə bağlayan 25 yaşlı Poqba bu mövsüm 30 matçda 5 qol vurub və 10 assist edib.

Tarix: 18 Aprel [17:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Noyabr 2018
20  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio