Rəşad Əzizli: "Buraxılan qollara görə özümü günahkar hesab edirəm"

"İlk oyunda qalib gəlmişdik. Lakin cavab görüşündə də nəticə önəmli idi. Düşünürəm ki, bəxtimiz gətirmədi. Komandamız ilk oyunun nəticəsinə görə arxayınlaşmamışdı, bundan söhbət gedə bilməzdi. Sadəcə, oyunumuz alınmadı. Həmişə qalib gəlmək olmur, məğlub olmağı bacarmaq lazımdı".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin qapıçısı Rəşad Əzizli "Qəbələ” ilə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşündə 3:1 hesablı məğlubiyyətdən sonra sonra söyləyib. Millimizin üzvü buraxılan qollarda səhvlərinin olduğunu bildirib:

 

"Hər iki oyunda üstün tərəf biz idik. Sadəcə, diqqətsizlik etdik və bunun acısını yaşadıq. Qol vura bilsəydik, davamı gələcəkdi. Ancaq alınmadı, vaxt çatmadı. Buraxılan qollara görə özümü günahkar hesab edirəm". 

 

Əzizli bundan sonra çempionat oyunlarına köklənməyin vacib olduğunu vurğulayıb:

 

"Bu görüşü yaddan çıxarıb, çempionatdakı oyunlarımıza hazırlaşmalı, qələbələr qazanmalıyıq. Avropa Liqasına vəsiqə qazanmaq üçün şanslarımız qalır. Ümid edirəm ki, layiq olduğumuz yerdə qərarlaşacağıq". 

Tarix: 19 Aprel [10:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2018
18  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio