Ruslan Qurbanov: "Qələbəni Tale Heydərova həsr edirik"

Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Neftçi” ilə cavab matçında 3:1 hesablı qələbə (ilk oyun 1:2) sayəsində finala vəsiqə qazanan "Qəbələ”nin hücumçusu Ruslan Qurbanov oyundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, o, öncə bunları söyləyib:

 

“Gözəl gün idi. Biz qələbəni Tale Heydərova həsr etmək istəyirik. Siz bizi həmişə dəstəkləyirsiniz və buna görə sizə minnətdarıq”.

 

Qurbanov "Qəbələ"yə ilk kuboku qazandırmaq üçün əllərindən gələni edəcəklərini və buna çox az qaldığını vurğulayıb. O, klubun digər rəsmilərinə, azarkeşlərə və belə oyuna görə, futbolçulara minnətdarlığını ifadə edib. 

 

Qeyd edək ki, "Qəbələ" mayın 28-də keçiriləcək final matçında "Keşlə" ilə üz-üzə gələcək.

Tarix: 19 Aprel [10:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2018
21  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio