Finalı buraxacaq futbolçular

Azərbaycan kubokunun yarımfinal mərhələsində "Qəbələ" "Neftçi"ni, "Keşlə" Sumqayıt"ı mübarizədən kənarlaşdıraraq finalda bir-birlərinə rəqib oldular.

 

Sportal.az xəbər verir ki, bölgə klubu həlledici görüşə iki itkiylə çıxacaq. Belə ki, "qırmızı-qaralar"ın heyətində Ruslan Qurbanovla Ürfan Abbasov kubokda cari mövsüm 2-ci sarı vərəqə alıblar. Bu səbəbdən də milli üzvləri cəzalı durumu düşüblər və finaldan kənarda qalıblar. "Keşlə"də isə bu vəziyyətlə Fuad Bayramov üzləşib. Dayaq yarımmüdafiəçi həlledici görüşdə komandasına kömək etməyəcək.

 

Qeyd edək ki, kubokun finalı mayın 28-də baş tutacaq.

Tarix: 19 Aprel [11:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 May 2018
21  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio