"Neftçi"dən ayrılacaq daha bir futbolçu məlum oldu

Yeni mövsümün planlarını cızan "Neftçi" komandadan göndərəcək və edəcəyi transferləri müəyyənləşdirir.

 

Sportal.az-ın məlumatına görə, paytaxt klubunun mövsümün sonunda yolları ayıracağı daha bir futbolçusu müəyyənləşib. "Ağ-qaralar" müdafiəçisi İlkin Qırtımovun xidmətində maraqlı deyil. Cinah futbolçusu mövsümün sonunda paytaxt klubunun sıralarını tərk edəcək.

 

"Neftçi" Qırtımovla yanaşı, bir neçə futbolçusuna da qapını göstərəcək. Kampaz Mayk, Xaviyer "Qato" Qarsiya Fransisko, Kiril Petrov və Lukas Emanuel Qomeslə də yolların ayrılması gözlənilir.

 

Qeyd edək ki, İlkin Qırtımov mövsümün əvvəlində "Keşlə"dən heyətə cəlb edilmişdi.

Tarix: 19 Aprel [12:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2018
18  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio