"Çelsi"nin futbolçusuna 3 oyunluq cəza

“Çelsi”nin müdafiəçisi Markos Alonso “Sauthempton”la oyununda rəqib komandanın hücumçusu Şeyn Lonqa qarşı kobud oyununa görə cəzalanıb.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu 3 oyunluq diskvalifikasiya olunub. Həmin qarşılaşmada baş hakim Mayk Din epizodu gözdən qaçırdığı üçün ispaniyalı müdafiəçini cəzalandırmamışdı. Ancaq oyundan sonra epizodun təkrarına baxan İntizam Komitəsi Alonsonun qayda pozuntusuna yol verdiyini təsdiqləyib və onu cəzalandırıb.

 

Qeyd edək ki, Alonso Premyer Liqada “Börnli” və “Suonsi”, kubokun yarımfinalında isə “Sauthempton”la görüşləri buraxmalı olacaq.

Tarix: 19 Aprel [15:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2018
21  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio