Mourinyo: "Bəziləri kimi 20 il titulsuz qalmıram"

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "Mançester Siti"nin bu mövsüm çempion olmasından sonra tənqidlərə tuş gələn portuqaliyalı mütəxəssis 4 ölkədə 8 çempionluq yaşadığını xatırladıb:

 

"Çempionluğun necə əldə edildiyini bilirəm. Bəziləri kimi 20 il titulsuz qalmıram. 4 ölkədə 8 çempionluq yaşamışam. Elə İngiltərədə 3 dəfə çempion olmuşam. Bu mövsüm çempion olmamağımızın səbəbini bilmirəm. Əlbəttə, "Mançester Siti"nin gücünə şübhə yoxdur. Hər komponentdə üstün olduqları üçün yarışın qalibi oldular. Ancaq ötən mövsümlə müqayisədə 10 xal çox toplamışıq. Bunu da nəzərə almalıyıq".

 

Qeyd edək ki, Mourinyo "Portu" (2), "İnter" (2), "Real" (1) və "Çelsi" ilə 3 dəfə liqa çempionluğu qazanıb.

Tarix: 19 Aprel [16:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Dekabr 2018
16  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio