Derbidə qan töküldü: Şenol Günəş xəstəxanalıq oldu!

23:30 - 19 Aprel 2018

Türkiyə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Fənərbaxça" "Beşiktaş"ı qəbul edib.

 

Sportal.az xəbər verir ki, derbinin ikinci hissəsində qalmaqal baş verib. Qarşılaşmada baş verən hadisələrdən sonra baş hakim Mete Kalkavan matçı təxirə salıb. Belə ki, 56-cı dəqiqədə hesab 0:0 olarkən qonaqların yarımmüdafiəçisi Rikardo Kuarejma künc zərbəsini meydana atılan əşyalara görə yerinə yetirə bilməyib. Həmin an meydan sahiblərinin qolkiperi azarkeşləri sakitləşdirməyə çalışıb. Oyun qısa müddət dayanıb və daha sonra növbəti qalmaqal yaşanıb. Qonaqların baş məşqçisi Şenol Günəş komandasının qapıçısı Tolqa Zəngini azarkeşlərə mübahisədən aralamaq üçün yanına gedib. Tribunadan atılan əşyalardan biri mütəxəssisin başına dəyib.  Bu anda "Beşiktaş"In futbolçuları paltardəyişmə otağına yollanıblar. Koridorda hər iki komanda üzvləri arasında gərgin anlar yaşanıb. Şenol Günəşin başına tikiş qoyulub və dərhal xəstəxanaya çatdırılıb. Derbi isə yarımçıq qalıb.

 

Qeyd edək ki, ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınmışdı.

 

Image may contain: one or more people

Xəbər xətti