2018-ci il dünya çempionatına gedəcək komandaları tanıyaq: İspaniya

00:59 - 20 Aprel 2018

İyunun 14-də Rusiyada dünya çempionatına start veriləcək. Mundial şimal qonşularımızın 11 şəhərində baş tutacaq.

 

Turnirdə çıxış edəcək İspaniya millisiylə sizi qısa şəkildə tanış edirik:

 

Image result for spain 2018 world cup

 

Dünya futbolunun barmaqla göstərilən komandalarından olan İspaniya 2018-ci il mundialının B qrupunda Portuqaliya, Mərakeş və İran ilə qarşılaşacaq.

 

İspaniyanın qrupdakı təqvimi:

 

15 iyun.   22:00. Soçi. Portuqaliya – İspaniya
20 iyun.   22:00. Kazan. İran – İspaniya
25 iyun.   22:00. Kalininqrad. İspaniya – Mərakeş

 

Related image

 

Baş məşqçi: Julen Lopeteqi

 

Image result for julen lopetegui

 

2016-cı ilin iyun ayında vəzifəyə başlayan mütəxəssis İspaniya yığmasını 16 oyuna çıxarıb. İspan mütəxəssis komandasının 12 qələbəsinə sevinib. Prineylilər 4 matçda heç-heç edib və məğlub olmayıb.

 

Ulduz oyunçu: David Silva

 

Image result for david silva 2018 cup

 

Uzun illər yığmada Xavi və İnyestanın kölgəsində qalan David Silva millinin lideri olacaq. Pep Qvardiola ilə birlikdə karyerasının zirvəsinə çıxan yarımmüdafiəçi bu mövsüm "Mançester Siti" forması ilə 33 oyuna çıxdı və 9 qol vurub, 12 assist edib.

 

İspaniya neçə dəfə dünya kubokunda iştirak edib?

 

Image result for spain world cup 2002

 

İspaniya tarix boyunca təşkil olunan 20 mundialda yarışmaq haqqı qazanıb: 1930; 1934; 1938; 1950; 1954; 1958; 1962; 1966; 1970; 1974; 1978; 1982; 1986; 1990; 1994; 1998; 2002; 2010; 2014.

 

İspaniyanın dünya kubokunda ən böyük uğuru nədir?

 

Image result for spain world cup 2010

 

İspaniya 2010-cu ildə çempionluq qazanıb.

 

İspaniyanın dünya çempionatlarında ən çox qol vuran futbolçusu kimdir?

 

Image result for david villa 2010

 

İspaniyanın mundiallar tarixindən ən çox qol vuran oyunçusu David Vilyadır. Vilya 3 çempionatda 9 qol vurub (2006 - 3, 2010 - 5, 2014 - 1).

Xəbər xətti