"Neftçi"nin futbolçusu "Kəpəz" yolunda

Elnur Cəfərov gələcəyi parlaq hesab olunan futbolçularımızdan biri hesab olunub. Elnur oynadığı futbolla, gah da futboldan kənar hadisələrlə diqqət mərkəzinə düşməyi bacarıb.

 

“Xəzər Lənkəran”dan göndərilən, “Real Ovyedo”ya keçidi alınmayan, “Tondela”da qısa macəra yaşayan və qalmaqalla ayrılan gənc futbolçu “Duqopolye”də də axtardığı xoşbəxtliyi tapa bilmədi, "Neftçi"yə gəldi. Lakin Cəfərov bu komandada da əsas heyət üzvü sayılmır. Daha çox əvəzedici heyətdə çıxış edən oyunçunun mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı vingerin "Kəpəz" variantı var. Elitada hazırda son pillədə olmasına baxmayaraq, Premyer Liqanı tərk etməyəcəyi söylənən Gəncə klubu növbəti mövsümün heyəti üçün Cəfərovun adını transfer siyahısına əlavə edib. Baş məşqçi Yunis Hüseynov "Xəzər Lənkəran"dan tanıdığı futbolçunu sərəncamında görmək istəyir.

 

Elnur Cəfərovun "Kəpəz"ə qışda da keçidi mümkün ola bilərdi. Lakin baş məşqçi Tərlan Əhmədov son anda buna qarşı çıxmışdı.

Tarix: 20 Aprel [11:24]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 May 2018
19  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio