Venger "Arsenal"dan gedir RƏSMİ

13:30 - 20 Aprel 2018

Arsen Venger mövsümün sonunda "Arsenal"dan ayrılacaq.

 

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan fransız mütəxəssis mövsümün sonunda getməyin doğru qərar olduğunu deyib:

 

"Mövsümün sonunda ayrılmağın doğru olduğunu düşünürəm. Kluba uzun illər xidmət etmək üçün şərait yaradılmasına görə minnətdaram. "Arsenal" mənim sevgimdir".

 

Venger 1996-cı ildən "Arsenal"ı çalışdırırdı. O, "topçular"da 3 dəfə Premyer Liqa, 7 dəfə Federasiya kuboku və 7 dəfə də super kuboku qazanıb.

Xəbər xətti