İbrahimoviç mundialda iştirak edəcək: "Olmadığım yarış dünya çempionatı sayılmaz"

14:55 - 20 Aprel 2018

MLS-də çıxış edən "Los Ancles Qalaksi"nin superulduzu Zlatan İbrahimoviç Amerika futbolu ilə bağlı suala maraqlı bir cavab verib.

 

Sportal.az xəbər verir ki, "Amerika futbolunun inkişafına kömək edə bilərsinizmi" sualına cavab verən İbrahimoviç bunları söyləyib:

 

"Həyat yoldaşım və 2 uşağım var. Tək olsaydım, Amerika futbolunun inkişafına kömək edə bilərdim. Ancaq indi məşğulam və bir ailəm var".

 

Zlatan İbrahimoviç dünya çempionatında yarışacaq İsveçin heyətində yer almaq istədiyini bildirib:

 

"Dünya kubokunda iştirak edəcəm. Yarışda yer alacam. Bu mövzuda daha çox danışsam, insanlar məni qınayar. Olmadığım bir dünya çempionatı mundial sayılmaz".


Qeyd edək ki, isveçli ulduz 2016-cı il Avropa çempionatından sonra millidəki karyerasına son qoyduğunu vurğulamışdı.

Xəbər xətti