“Sumqayıt” - “Qarabağ” matçı canlı yayımlanacaq

15:22 - 20 Aprel 2018

Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində aprelin 22-də keçiriləcək "Neftçi" - "Qəbələ" və "Sumqayıt" - "Qarabağ" matçları canlı yayımlanacaq. 

 

Sportal.az xəbər verir ki, bu barədə çempionatın yayım hüququna sahib “CBC Sport” telekanalından açıqlama verilib. Hər iki oyun eyni saatda başlayacağından və hər iki qarşılaşmaya kifayət qədər böyük maraq olduğundan matçlar paralel yayımlanacaq. Tamaşaçılar eyni zamanda hər iki görüşdən görüntüləri izləyə biləcəklər.

 

Matçdan sonra efirə gedəcək "Bizim Futbol" verilişində hər iki stadiondan canlı bağlantılar olacaq.  

 

Qeyd edək ki, aprelin 22-də saat 17:00-da "Səbail" - "Kəpəz" matçı da canlı yayımlanacaq.

 

Xatırladaq ki, əslində aprelin 21-də keçirilməli olan “Sumqayıt” – “Qarabağ” qarşılaşması ötən gün bir gün sonraya keçirildiyindən qarşılaşmanın canlı yayımı ilə bağlı problem yaranmışdı.

Xəbər xətti