Məhəmməd Salaha görə çempionat oyunlarının vaxtı dəyişdirildi

Misir çempionatında bu həftə bazar günü baş tutacaq görüşlərin vaxtı dəyişdirilib.

 

Sportal.az xəbər verir ki, buna səbəb "Liverpul"un futbolçusu Məhəmməd Salahın İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu mükafatını alması olacaq. Misirli vinger ən yaxşı oyunçu seçiləcəyini artıq ailəsinə xəbər edib. Bu səbəbdən də federasiya misirli azarkeşlərin mükafatlandırma mərasiminə baxmasına görə, bazar günü baş tutacaq görüşləri başqa vaxta salıb.

 

Qeyd edək ki, Salah 30 qolla Premyer Liqada bombardirdir.

Tarix: 20 Aprel [16:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 May 2018
19  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio