Böyükağa Hacıyev - 60

18:27 - 20 Aprel 2018

Bu gün “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin doğum günüdür.

 

Hacıyev 1958-ci ilin aprelin 20-də Naxçıvanda dünyaya gəlib. Aramızda olsaydı, 60 illik yubileyini qeyd edəcəkdi.

 

2006-cı ildə ilk dəfə “Bakı”nı ölkə çempionluğuna daşıyan Böyükağa Hacıyev, daha sonra 2 dəfə bu uğura “Neftçi” ilə nail olub. “Ağ-qaralar”la 2 dəfə ölkə kubokunu qazanan mütəxəssis ən böyük uğuruna 2012-ci ildə imza atıb. Belə ki, Hacıyev Avropa Liqasının qrup mərhələsinə Azərbaycan klubunu yüksəldən ilk məşqçi kimi tarixə düşüb. Həmin ildə o, “Şöhrət” ordeni ilə təltif edilib.

 

Hacıyev martın 16-da gözlərini əbədi olaraq yumub.

Xəbər xətti