İyunun 14-də Rusiyada dünya çempionatına start veriləcək. Mundial şimal qonşularımızın 11 şəhərində baş tutacaq.
Turnirdə çıxış edən Polşa millisiylə sizi qısa şəkildə tanış edirik.
Polşa mundialda hansı qrupda mübarizə aparacaq?
Polşa dünya çempionatında H qrupunda Seneqal, Kolumbiya və Yaponiya ilə qarşılaşacaq.
Polşanın qrupdakı oyunlarının tarixi:
19 iyun. 19:00. Moskva. "Spartak". Polşa – Seneqal
24 iyun. 22:00. Kazan. Polşa – Kolumbiya
28 iyun. 18:00. Volqoqrad. Yaponiya – Polşa
Baş məşqçi: Adam Navalka
2013-cu ilin noyabr ayında vəzifəyə gələn Adam Navalka Polşa millisini 45 oyuna çıxarıb (24 qələbə, 12 heç-heçə, 9 məğlubiyyət).
Ulduz futbolçu: Robert Levandovski
Robert Levandovski dünya kubokunda komandasınln kapitanı və lideri olacaq.
Polşanın dünya çempionatında ehtimal 11-liyi.
Polşa neçə dəfə Dünya Kubokunda iştirak edib?
Polşa dünya çempionatlarında 7 dəfə iştirak edib: 1938; 1974; 1978; 1982; 1986; 2002; 2006.
Polşanın mundialda ən böyük uğuru nədir?
Polşa iştirak etdiyi 7 turnirdə 2 dəfə 3-cü yer sevincini yaşayıb.
Polşanın 3-cü olduğu illər: 1974 və 1982.
Polşanın dünya kubokunda ən çox qol vuran oyunçusu kimdir?
Polşanın dünya çempionatları tarixində ən çox qol vuran oyunçusu Qjeqoj Lyatodur. Lyato forma geyindiyi 3 mudnialda 10 qol vurub (1974; 1978; 1982).