Millimiz Xorvatiyaya penaltilərlə uduzdu

Bosniya və Herseqovinada təşkil edilən UEFA İnkişaf turnirində 16 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası bu gün ikinci oyununu keçirib. 

 

Sportal.az xəbər verir ki, Xorvatiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Komandamızın qolunu Alina Nəhmədova vurub. Turnirin əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən rəqib 3:2 hesabı ilə qələbə qazanıb.

 

Yığmamız turnirdə son oyununu aprelin 22-də Bosniya və Herseqovina komandasına qarşı keçirəcək.

Tarix: 21 Aprel [01:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Yanvar 2019
19  Yanvar 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio