Millimizin üzvü oynadı, komandası qələbə qazandı

Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 37-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” doğma meydanda “Qoy Ehed İqlz” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Kökçü 46-cı dəqiqədə, komandası 0:1 hesabıyla məğlub durumda olarkən meydana çıxıb.

 

“Valveyk” hazırda 36 xalla 20 klub arasında 18-ci pillədə qərarlaşıb.

Tarix: 21 Aprel [11:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 May 2018
23  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio