Yuri Maksimov: "Vaqifin qol duyumu imkan verdi ki, fərqlənsin"

“Futbolçularda yorğunluq var idi. Bəzi futbolçulara istirahət vermişdim. Uşaqlara yaxşı oyuna görə təşəkkür edirəm”.

 

Sportal.az saytının məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib. Paytaxt təmsilçisi Topaz Premyer Liqasının XXIV turunda öz  meydanında “Keşlə”ni qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib:

 

- Son 10 gündə 4 oyun oynamışıq. Çalışırıq ki, gənclərə şans verək, təcrübə toplasınlar. Gənc futbolçular artıq özlərini sübut etməyə başlayırlar.

 

- Vaqif Cavadovun qolundan sonra üzünüzü məşqçi Cəmaləddin Əliyevə tutaraq, “gördün” dediniz.

- Bu, taktika ilə bağlı olan məsələ idi. Vaqifin qol duyumu imkan verdi ki, fərqlənsin.

 

- “Keşlə” Avropa Liqasına vəsiqə qazansa, komandada qalacaqsınız?

- Müqaviləmin sonuna qədər burdayam. Bundan sonra rəhbərliklə müzakirəmiz olacaq.

 

- “Keşlə” yalnız 6-cı pilləyə qədər yüksələ bilər. Premyer Liqadakı vəzifənin öhdəsindən gəldiyinizi düşünmürsünüz?

- Bütün oyunlara qələbə üçün çıxırıq. Futbolçuların müqaviləsi başa çatır, onlara özlərini göstərməyi tapşırıram ki, yeni sözləşmə imzalasınlar.

Tarix: 21 Aprel [18:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Sentyabr 2018
24  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio