Kamran Ağayev finalın Qəbələdə keçiriləcəyindən xəbərsiz imiş: "Deyin, "Qəbələ"ni təbrik edək də..." MÜSAHİBƏ

Topaz Premyer Liqasının 24-cü turunda "Keşlə" "Zirə"ni 2:1 hesabıyla məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra Kamran Ağayev jurnalistlərə müsahibə verib.

 

- "Sumqayıt" kubokda favorit göstərilirdi, amma qalib gəldiz və finala yüksəlməyi bacardız. Buna necə nail olduz?

- Hər şey insanın öz əlindəir. Düzdür? Hamımızın düşüncəsi eyni deyil. İnsan övladlarının hamısı fərqli cür fikirləşir. Mübarizə aparamsan, əziyyət çəkməsən, nəticən olmaz. Bu gün də ağır oldu. Bəzi futbolçular yorğun idi. Baş məşqçi bir neçəsinə şans vermişdi. Əvəzolunmaz futbolçu yoxdur, meydanda olan sözünü deməlidir. Ölkə kubokunun finalındayıq, qalib gəlmək və kuboku qazanmaq istəyirik.

 

- Final Qəbələdə baş tutacaq. Çoxları deyir ki, finalı Qəbələdə olması “Keşlə” üçün bir addım geri olacaq…

- Bu necə olur ki, final Qəbələdə baş tutacaq? Siz hardan bilirsiz ki, həlledici oyun Qəbələdə olacaq?

 

- Bunu hər kəs bilir. PFL-in prezidenti Ramin Musayev daha öncə açıqlayıb…

- Mən bunu bilmirdim. Belə şey olmaz.

 

- Məkan dəyişdirilməlidir?

- Deyin, “Qəbələ”ni təbrik edək də…

 

- Ramin Musayev kubokun 1/4 finalında “Sumqayıt”ın “Qarabağ”I mübarizədən kənarlaşdırdığı oyundan sonra bildirdi ki, inşallah, Qəbələdə finalda görüşərik…

- Niyə ki? Mən ilk dəfə eşitdim. Bu normal deyil. Amma məsləhət görürlərsə, belə olar. Final ya Naxçıvan, ya da Lənkəranda keçirilməlidir. Səhv deyirəm? “Qəbələ” ev sahibi kimi olacaq.

 

- Kamran, dünya futbolunda belə şeylər var…

- O zaman “Neftçi” – “Xəzər Lənkəran” finalını niyə aparıb Naxçıvana saldılar?

 

- Keşlə üçün bu mənfi olar bilər?

- Meydanda hər komandada 11 nəfər olacaq. Azarkeşlərimizin təhlükəsizliyini qoruyacaqlar. Bunlar da vacib şərtdi. Azərbaycan torpağında oynayacağıq. Əsas budur.

 

- Vaqifin cərimə zərbəsindən sonra komanda yoldaşınla nəsə söhbət etdin…

- Buna bir az zarafatla cavab verəcəm: mən sizdən şəxsi həyatınızı soruşuram? 

 

- Bu oyun zamanı baş verib. Sizdən şəxsi həyatınızı kim soruşdu?

- Şəxsi söhbətlərimiz idi. Çox şey söhbət edirik. Demişəm ki, yaxın dostunla niyə pıçıldaşırsan? Siz gördüyünüzü soruşun.

 

- Biz də bunu gördük və soruşduq.

- Şəxsi işimiz idi. Gördüyümü soruşun, danışdığımı yox. Şəxsi ünsiyyətimiz idi. Komanda daxilində olan söhbətləri açıqlamaq olmaz.

Tarix: 21 Aprel [19:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2018
11  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio