"Qarabağ" çempionluğu rəsmiləşdirdi YENİLƏNİB

Bu gün Topaz Premyer Liqasında 24-cü tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, turun ikinci oyun günündə 3 oyun baş tutub.

 

Bayılda son pillələrdə qərarlaşan komandaların duelində “Səbail” “Kəpəz”i qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

Avrokubok və medal uğrunda mübarizə aparan "Neftçi" və "Qəbələ" "Bakcell Arena"da münasibətlərinə aydınlıq gətiriblər. "Neftçi" rəqibinə 1:0 hesabıula qalib gəlib.

 

Lider "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Ağdam təmsilçisi "Sumqayıt”ı məğlub edərək 2017/18 mövsümünün çempionu olub. Qurban Qurbanovun komandası ardıcıl beşinci, ümumilikdə altıncı çempionluğu qazanıb.

 

22 aprel (bazar)

 

17:00. “Səbail” – “Kəpəz” - 1:1

Qollar: Faruk Miya, 24 - Dario Federiko, 19

Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Vüsal Qənbərov, Vüqar Həsənli
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Fazil Mürşüdov
“Bayıl Arena”

 

19:00. “Neftçi” – “Qəbələ” - 1:0

Qol: Ruslan Abışov, 4

Qırmızı vərəqə: Emin Mahmudov, 62 ("Neftçi")
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Vaqif Musayev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
8-ci km qəsəbə stadionu

 

19:00. “Sumqayıt” – “Qarabağ” - 0:1

Qol: Dani Kintana, 34
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Cabbarov 
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
Sumqayıt. Şəhər stadionu

Tarix: 22 Aprel [20:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 İyul 2018
15  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio