"Qarabağ"dan azarkeşlərə şad xəbər: çempionluq oyunu canlı yayımda

17:14 - 22 Aprel 2018

Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində lider "Qarabağ" səfərdə "Sumqayıt"In qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, oyunun bir gün sonraya - aprelin 22-nə təyin edilməsi "CBC Sport" kanalının planlarını pozub. Bu səbəbdən də matç "Neftçi" - "Qəbələ" görüşü ilə birgə paralel şəkildə yayımlanacaq.

 

Bu səbəbdən də "Qarabağ" oyunu "YouTube" kanalı vasitəsilə canlı yayımlayacaq. Görüş saat 19:00-da start götürəcək. Məlumatı klubun "facebook" səhifəsi yayıb.

 

Qeyd edək ki, "Qarabağ" "Sumqayıt"a qalib gəlsə, çempionluğu rəsmiləşdirəcək.

Xəbər xətti