Qurban Qurbanovla jurnalist arasında səmimi söhbət

00:35 - 23 Aprel 2018

Topaz Premyer Liqasının 24-cü turunda “Qarabağ” “Sumqayıt”a 1:0 hesabıyla qalib gələrək çempionluğunu rəsmiləşdirib. Oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransında jurnalistlə səmimi söhbəti baş verib.

 

Sportal.az xəbər verir ki, fiziki məhdudiyyətli jurnalist həmkarımız Orxan Əliyev mütəxəssisə belə bir sual ünvanlayıb: “İki il əvvəl “Qarabağ” ardıcıl üçüncü çempionluğu qazananda siz öz qızıl medalınızı mənə verdiniz. Mən həmin dönəm bu sahəyə yeni addımlar atırdım. O vaxt çoxları belə düşünürdü ki, Qurban Qurbanov gündəmə gəlmək üçün fiziki məhdudiyyətli şəxsə qarşı belə jest etdi. Əlbəttə, bilirəm ki siz belə adam deyilsiz. Amma mənə maraqlıdı, niyə siz o vaxt qızıl medalınızı mənə hədiyyə etdiniz?”

 

Bu suala Qurban Qurbanov belə cavab verib: “Çox qısa cavab verəcəm. Məncə, sən "Qarabağ" azarkeşisən. Səni çox istəyirəm, bağrıma basıram. Çempionluq üçün də təbrik edirəm. Bu sevgiyə görə medalımı sənə bağışladım".

 

Qurban Qurbanovla jurnalist arasındakı bu dialoq alqışlara səbəb olub.

Xəbər xətti