Millimiz Bosniya və Herseqovinaya məğlub oldu

12:09 - 23 Aprel 2018

Bosniya və Herseqovinada təşkil olunmuş 16 yaşadək qızlar arasında UEFA İnkişaf turnirinə yekun vurulub. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığması turnirin sonuncu günündə meydan sahibləri ilə qarşılaşıb. Millimiz bu görüşdə 1:2 hesabı ilə məğlub olub. 

 

Qeyd edək ki, komandamız ilk görüşündə Makedoniya ilə əsas vaxtı 1:1 hesablı heç-heçə ilə bitən görüşdə penaltilər seriyasında qələbə qazanıb - 6:5. Xorvatiya ilə növbəti görüşün də əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. Lakin penaltilər seriyasında bu dəfə rəqib üstün olub - 3:2.

Xəbər xətti