Azərbaycan kuboku: Final Qəbələdə, ev sahibi "Keşlə" olacaq

“Qəbələ” və “Keşlə” klubları arasında keçiriləcək Azərbaycan kubokunun 2017/2018-ci illər mövsümünün final görüşünün püşkü atılıb. 

 

Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqasında təşkil olunan püşkatmada “Qəbələ”dən Səbuhi Səfiyarlı, “Keşlə”dən isə İlqar Mustafayev iştirak edib. Püşkatmanın nəticəsinə əsasən, “Keşlə” finalın nominal meydan sahibi olub.

 

Azərbaycan kubokunun final görüşü 28 may Respublika günündə Qəbələ şəhər stadionunda keçiriləcək. Mövsümün son oyunu saat 20:00-da start götürəcək.

Tarix: 23 Aprel [12:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Sentyabr 2018
18  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio