Topaz Premyer Liqasının 24-cü turunda neçə azarkeş qeydə alındı?

Topaz Premyer Liqasının 24-cü turunun azarkeş sayı bəlli olub.

 

Sportal.az xəbər verir ki, ən çox tamaşaçı Sumqayıtda qeydə alınıb. 2000 nəfər “Qarabağ”ın meydan sahiblərini minimal hesabla məğlub edərək çempionluğunu rəsmiləşdirməsinin canlı şahidi olub.

 

Ən az azarkeş isə “Bayıl Arena”da qeydə alınıb. “Səbail”lə “Kəpəz”in heç-heçəsini (1:1) cəmi 400 tamaşaçı izləyib.

 

Digər oyunlardan 8-ci km stadionunda keçirilən “Neftçi” - “Qəbələ” matçında (1:0) 1500, “İnter Arena”da baş tutmuş “Keşlə” - “Zirə” qarşılaşmasında (2:1) isə 1000 tamaşaçı olub.

 

Ümumilikdə turun 4 oyununu 4900 tamaşaçı stadiondan izləyib ki, bu da, hər oyuna orta hesabla 1225 azarkeş deməkdi.

Tarix: 23 Aprel [13:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 İyul 2018
15  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio