Rüfət Daşovun yoxluğunda komandası məğlub oldu

15:33 - 23 Aprel 2018

Almaniyanın Şimal-Şərq Regional Liqasında 30-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo” (Berlin) doğma meydanda “Herta II” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

 

Cari mövsümdə vurduğu 25 qolla komandasının ən məhsuldar futbolçusu olan Rüfət bu matçın da iştirakçısı olmayıb. O, ağır zədə aldığından uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

 

"Dinamo" hazırda 53 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti